"Eurosport" telekanalı Ukrayna şəhərini Rusiya ərazisi kimi göstərdi

11-08-2024, 15:34           
"Eurosport" telekanalı Ukrayna şəhərini Rusiya ərazisi kimi göstərdi
Paris Olimpiadası ilə bağlı qalmaqallar bitmək bilmir.

Oxu.Az xəbər verir ki, bu dəfə "Eurosport" telekanalının saytında Paris Olimpiadasında çıxış edən ukraynalı gimnast Mariya Vısoçanskayanın profilində Lvov Rusiya şəhəri kimi göstərilib.

İdmançı Olimpiya Oyunlarında bədii gimnastika üzrə Ukrayna komandasının tərkibində çoxnövçülük üzrə qrupda çıxış edib. Ukraynalılar yeddinci yeri tutublar.

Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru