“Barselona”nın əfsanəvi futbolçusu tədbirdə öldü

8-10-2024, 07:14           
“Barselona”nın əfsanəvi futbolçusu tədbirdə öldü
Hollandiya millisinin, “Barselona”nın və “Ayaks”ın sabiq yarımmüdafiəçisi Yohan Neeskens oktyabrın 6-da 74 yaşında Əlcəzairdə vəfat edib.

TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə Hollandiya Kral Futbol İttifaqının (KNVB) mətbuat xidməti məlumat yayıb.

Neeskens bazar günü Niderland Kral Futbol Assosiasiyası adından iştirak etdiyi Əlcəzairdə keçirilən tədbir zamanı özünü pis hiss edib və onun həyatını xilas etmək mümkün olmayıb.

Neeskens ilk dəfə 19 yaşında millidə çıxış edib və ümumilikdə komandanın heyətində 49 oyun keçirib və bu oyunlarda 17 qol vurub.

Milli komandanın tərkibində Neskens iki dəfə Dünya Çempionatının gümüş mükafatçısı olub (1974, 1978), həmçinin 1976-cı ildə Avropa çempionatında bürünc medal qazandı.

“Barselona” ilə Kral Kubokunu və Avropa Kubok Qalibləri Kubokunu qazanıb (1978). 1979-cu ildə Neeskens “Nyu York Kosmos”da oynamaq üçün ayrılıb. O karyerasını İsveçrədə başa vurub.

Oyunçu karyerasından sonra Neeskens uzun illər peşəkar futbolda məşqçi kimi Hollandiya, Avstraliya (hər ikisində Quus Hiddinkin köməkçisi olub), “Barselona” və digər komandalarda çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.