Cordanın əşyaları hərraca çıxarılacaq

13-10-2024, 16:24           
Cordanın əşyaları hərraca çıxarılacaq
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın əşyaları hərraca çıxarılacaq.

"Unikal" xəbər verir ki, idmançının 1996-1997-ci illərdə NBA mövsümündə geyindiyi forma satışa qoyulacaq.

Onun 4-6 milyon dollar arasında satılacağı ehtimal olunur.

Hərracda 1992-ci il Olimpiadasında mükafatlandırma zamanı basketbolçunun pencəyindəki idman markasının loqosunu örtdüyü ABŞ bayrağı da təqdim ediləcək. Onun üzərində komanda üzvlərinin imzası var. Bayraq 1 milyon dollardan çox qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru