Dünyanın ən bahalı futbolçusu klubunu dəyişə bilər

14-10-2024, 00:06           
Dünyanın ən bahalı futbolçusu klubunu dəyişə bilər
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland komandanı tərk etməyə hazırdır. Norveçlinin karyerasını davam etdirmək üçün prioritet variant İspaniyadır.
Tribunainfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı Haland üçün yarışda favorit PSJ hesab olunur, amma futbolçunun özü üçün prioritet seçim İspaniyanın “Real Madrid” və “Barselona” klubları olacaq.
“Transfermarkt”a görə, o, “Real Madrid”in hücumçusu Vinisiusla birlikdə dünyanın ən bahalı futbolçusudur – onların bazar dəyəri 200 milyon avro qiymətləndirilir.
Bu mövsüm norveçli “Mançester Siti”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb və 11 qol vurub. Halandın klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Oktyabrın 10-da Haland Sloveniya ilə oyunda (3:0) dubla imza ataraq Norveç millisinin bombardiri olub. Erlinq millidə 34 qol vurub. O, 1928-1937-ci illərdə Norveçdə oynamış Yergen Juveni geridə qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.