İngiltərə nəhəngləri 17 yaşlı vunderkind uğrunda mübarizə aparırlar - 100 milyon qiyməti var
24-10-2024, 18:24
İngiltərə Premyer Liqasının aparıcı klubları yeni parlayan portuqaliyalı ulduz uğrunda mübarizə aparırlar.
Fanat.az xəbər verir ki, söhbət "Sportinq"in 17 yaşlı istedadlı oyunçusu Jeovani Kendadan gedir.
İnformasiyanı "CaughtOffside" yayıb. O, "Arsenal", "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted" klublarının "radar"ına düşüb.
"Sportinq" oyunçusunun böyük pula layiq olduğuna əmindir, buna görə də Portuqaliya klubu Kendaya 100 milyon avro tələb edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Kenda bu mövsümdən "Sportinq"in əsas komandasında oynamağa başlayıb və bütün yarışlarda 13 matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə edib.