Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib

28-10-2024, 09:18           
Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/8 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 boksçusu çıxışını qələbə ilə yekunlaşdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Jair Bonillanı (Ekvador) sınağa çəkib. Yığma üzvü hər 3 raundu aktivinə yazaraq, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə Angel Sober Ruislə (Kuba) döyüşəcək.

Zidan Hümbətov (51 kq) da mübarizəni 1/4 finalda davam etdirəcək. Boksçumuz Mateuş Şoçarja (Polşa) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Z.Hümbətovun növbəti rəqibi Meroj Sufijonov (Tacikistan) olacaq.

Ömər Aslanlı (54 kq) qazaxıstanlı Bayirjan Muratova gücünü göstərib. O, 4:1 (28:28, 29:27, 27:29, 29:27, 28:28) hesabı ilə qələbə qazanıb. Boksçumuz 1/4 finalda Sobirjon Tastanovu (Özbəkistan) sınağa çəkəcək.

Əli Abdullayev (63,5 kq) ardıcıl 3-cü görüşünü də aktivinə yazıb. O, 1/8 finalda Ruslan Qafurovu (Tacikistan) mübarizədən kənarlaşdırıb - 5:0 (29:28, 29:27, 29:28, 29:28, 29:28). Abdullayev növbəti döyüşündə Emmanouil Fotiadislə (Yunanıstan) üz-üzə gələcək.

Qeyd edək ki, millimizin daha 3 boksçusu 1/8 final görüşünə çıxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru