Dünya və Avropa çempionu Namiq Cəfərov karyerasını niyə bitirir?

29-10-2024, 11:37           
Dünya və Avropa çempionu Namiq Cəfərov karyerasını niyə bitirir?
"Bodibildinq idman növləri arasında ən möhtəşəm yarış "Arnold Classic Europe"dır. İdmançılar sözügedən yarışda iştirak etmək üçün əvvəlcə Avropa və dünya çempionu olaraq lisenziya qazanmalıdırlar".

Bunu Baku TV-yə müsahibəsində pauerliftinq üzrə dünya və Avropa çempionu Namiq Cəfərov deyib.

O, bu yarışda mütləq çempion olan ilk azərbaycanlı olduğunu bildirib:

"20 ildən çoxdur ki, müxtəlif yarışlarda iştirak edirəm. "Arnold Classic Europe"da iştirak etmək üçün psixoloji cəhətdən tam hazır idim. Yarış ərəfəsində həm fizioterapiya keçir, həm də məşqlərimə davam edirdim. Yarışa hazırlaşdığım dönəmdə ağrıkəsici dərmanlar içirdim ki, ağrılara dözüm və məşqlərə davam edim. Bu isə mədəmdə yaraya səbəb oldu".

N.Cəfərov karyerasını sona çatdırmaq istədiyini qeyd edib: "Yarışda mənə ən böyük dəstək ailəmdən gəldi. Övladımın gözünə baxanda düşünürdüm ki, bu yarışda qalib gəlməliyəm və hər bir idmançının arzusunda olan yarışda qalib olmaq mənə nəsib oldu. Üç həftə sonra isə Moskvada dünya çempionatı keçiriləcək və bu mənim son yarışım olacaq".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru