Qurbanov niyə milli komandaya baş məşqçi təyin edilmir? - AFFA-nın vitse-prezidentindən açıqlama

16-11-2024, 09:24           
Qurbanov niyə milli komandaya baş məşqçi təyin edilmir? -
“Hazırda AFFA-da işlənib hazırlanan yeni strategiya AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin irəli sürdüyü baxışlara əsaslanır. Müəyyən bir qismini Rövşən Nəcəf 2 aprel, 2024-cü il tarixində AFFA-nın Hesabat-Seçki Konfransında da səsləndirmişdi. Əlavə olaraq, sözügedən strategiyada AFFA İcraiyyə Komitəsinin üzvləri və ümumi olaraq futbol ictimaiyyətinin də məqsədəuyğun fikirləri nəzərə alınacaq”.

Bu fikirləri AFFA-nın vitse-prezidenti, qurumun İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov sports.az saytında yayımlanan müsahibəsində deyib

O, bildirib ki, yeni strategiyanın bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı və geniş müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

B.Qasımov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova niyə milli komandanın baş məşqçisi vəzifəsinin təklif olunmadığı haqda sual da ünvanlanıb. O, bununla bağlı bildirib:

“Bu sual mənə verilibsə, yəqin ki, nəyə görə Qurban Qurbanovun namizədliyinin şəxsən mənim tərəfimdən irəli sürülməməsindən söhbət gedir. İlk növbədə, qeyd edim ki, Qurban Qurbanova böyük hörmətim var və o bu məsələdə mövqeyimi yaxşı bilir. Milli komandanın davamlı uğurlarının əldə olunması üçün çox vaxt lazımdır.

Artıq qeyd etdiyim kimi, Qurban Qurbanov “Qarabağ”ı tərk etsə, bu, “Qarabağ” üçün böyük itki ola bilər. Düşünürəm ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək uğurlar qazanması çox vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru