Arda Gülər ​​Ançelottini əsəbləşdirdi: “Təcrübəsi azdır, başqa heç nə”

29-11-2024, 12:44           
Arda Gülər ​​Ançelottini əsəbləşdirdi: “Təcrübəsi azdır, başqa heç nə”
Arda Gülər ​​Ançelottini əsəbləşdirdi: “Təcrübəsi azdır, başqa heç nə”
La Liqada oynanılan “Leqanes” matçında ilk 11-də başlayan Arda Gülər, çox sayda futbolçunun zədələndiyi “Liverpul”un “Real”la matçında da ilk 11-də start götürüb.
Arda Gülər ​​57 dəqiqə meydanda qaldığı halda, yenə hücumda ən önəmli adlardan biri oldu. Milli futbolçu müdafiədə isə yaxşı performans göstərə bilməyib.

Karlo Ançelotti, ətrafında 4 futbolçu olmasına baxmayaraq, topu Luka Modriçə ötürdüyü üçün Arda Güləri meydanda çox sərt şəkildə xəbərdar edib. İspaniya mətbuatının yazdığına görə, Arda Gülərin son seçimləri Karlo Ançelottinin əsəbləşdirib.

Arda Gülərin cərimə meydançası xaricindən zərbəsi aralıdan getdikdən sonra Karlo Ançelotti milli futbolçuya çox əsəbiləşib. Ançelottinin “Arda” deyə qışqırdığı anlar kameralara tuş gəlib.

Karlo Ançelotti matçdan sonra Arda Gülər ​​haqda danışıb. “Arda müdafiədə də əla iş gördü, lakin o, daha dəqiq ola bilərdi, çünki bəzi keçidlərdə daha yaxşı qərarlar vermək keyfiyyətinə malikdir. Gəncdir və təcrübəyə ehtiyacı var. Bundan başqa heç nə yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru