Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib

30-11-2024, 16:24           
Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çxış edən Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib.

Pro Liqanın XII turunda "Damak"la keçirilən görüşdə dublu sayəsində komandasına 2:0 hesablı qələbə qazandıran portuqaliyalı ulduz futbolçu karyerasındakı 915-ci qoluna imza atıb.

39 yaşlı hücumçu hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.

Qeyd edək ki, "Damak" klubuna 2:0 hesabı ilə qalib gələn "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 25 xalla üçüncü sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru