İtaliya Kuboku: "Latsio" doğma meydanda "Napoli"dən üstün oldu

6-12-2024, 17:24           
İtaliya Kuboku: "Latsio" doğma meydanda "Napoli"dən üstün oldu
İtaliya Kubokunun 1/8 final mərhələsinin "Latsio" və "Napoli" komandalarının qarşılaşdığı oyun başa çatıb.

Oxu.Az xəbər verir ki, matç Romadakı (İtaliya) "Olimpiko" stadionunda baş tutub. Görüşdə "Latsio" 3:1 hesabı ilə qalib gəlib.

21-ci dəqiqədə "Latsio"nun futbolçusu Mattia Dzakkani penaltini dəqiq yerinə yetirə bilməyib. 32-ci dəqiqədə "Latsio"nun hücumçusu Teyyanni Noslin qola imza atıb. 36-cı dəqiqədə "Napoli"nin hücumçusu Covanni Simeone hesabı bərabərləşdirib. 41-ci dəqiqədə Noslin Pedro Rodriqesin ötürməsindən dubl edib. 50-ci dəqiqədə Noslin oyunda üçüncü qolunu vurub.

Qeyd edək ki, turnir kubokunun hazırkı sahibi finalda "Atalanta"ya 1:0 hesabı ilə qalib gələn "Yuventus"dur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru