İdman tarixinin ən böyük müqaviləsi imzalandı

10-12-2024, 12:14           
İdman tarixinin ən böyük müqaviləsi imzalandı
“Nyu-York Mets”in beysbolçusu Xuan Soto klubu ilə dünya idman tarixində rekord müqavilə imzalayıb.

Referans.az xəbər verir ki, 26 yaşlı dominikanlı “metropolitenlər”lə sözləşməsinin müddəti 15 illikdir. Bu barədə ESPN məlumat yayıb.

Anlaşmanın ümumi dəyəri 765 milyon dollar (illik həddi 51 milyon dollar) təşkil edəcək. Bu müqavilə təkcə Beysbol Böyük Liqasının deyil, bütün idman dünyasının tarixində ən böyük anlaşma olacaq.

Sotodan əvvəl tarixdəki ən böyük müqavilə Şohey Ohtaninin “Los Anceles Dodcers” ilə müqaviləsi idi. Yapon idmançı Sakit okean sahillərində çıxışına görə 700 milyon dollar qazanacaq.

“Sportrac”ın məlumatına görə, Xuan Soto karyerasında indiyədək 82,3 milyon dollar qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru