Mbappe təcavüzlə bağlı iddialara cavab verdi
10-12-2024, 16:58

Bu yaxınlarda İsveçin paytaxtı Stokholmda zorlama qalmaqalında adı hallanan Mbappe aylar sonra susqunluğunu pozub, ona qarşı irəli sürülən zorlama iddialarına cavab verib.
Hheç bir narahatlığının olmadığını bildirən fransalı hücumçu bu ifadələrdən istifadə edib:
“Təəccübləndim. Mən bu barədə məhkəmədən heç bir sənəd, çağırış vərəqəsi almamışam. Hamı kimi mən də bu haqda ancaq mətbuatdan oxumuşam. İsveç hökuməti bununla bağlı heç bir açıqlama verməyib. Bu, mənim heç bir narahatlığım yoxdur, çünki bu vəziyyət məni narahat etmir. Haqqımda çox söz-söhbət var, ancaq məqsədim yalnız işimə diqqət yetirmək və bunun necə nəticələndiyini görməkdir. Məhkəmə məni çağırsa, gedib ifadə verəcəm.
İddia edilən hadisənin baş verdiyi gecə mən çölə çıxmamışdım. 5 günlük məzuniyyətim var idi və mənə daha az görünən bir yerə getməyi məsləhət gördülər. 5 gün boyunca rahat idim. Stokholmdan ayrıldığım gün restorandan çıxarkən fotolarım da var. Məni qarşılamağa gələn bir çox jurnalist və şəxs də ifadə verə bilər”.