Neymar 42 dəqiqəyə 101 milyon avro qazanıb

10-01-2025, 15:48           
Neymar 42 dəqiqəyə 101 milyon avro qazanıb
"Əl-Hilal"ın 32 yaşlı hücumçusu Neymar 2024-cü ildə Səudiyyə Ərəbistanı klubunda cəmi 42 dəqiqə oynadığı iki matçda meydana çıxsa da 101 milyon avro qazanıb.

Bu barədə "Footmercato" məlumat yayıb.

Braziliyalı futbolçu 2023-cü ilin oktyabrında çarpaz bağlarını zədələyib. Neymar ötən ilin oktyabrına kimi zədəsini sağaltsa da, Asiya Çempionlar Liqasında "Esteqlal"la oyunda (3:0) yenidən zədə alıb.

Xatırladaq ki, hücumçu 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. Onun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalında verilən məlumata görə, Neymarın bazar dəyəri 15 milyon avrodur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru