Paşinyanın canlı izlədiyi oyunda kapitandan avtoqol

24-03-2025, 09:34           
Paşinyanın canlı izlədiyi oyunda kapitandan avtoqol
UEFA Millətlər Liqasının B diviziasının seçmə mərhələsi çərçivəsində Gürcüstan və Ermənistan arasında keçirilən pley-off mərhələsinin cavab oyununda hesab dördüncü dəqiqədə açılıb.

Bu barədə Gürcüstan mətbuatı yazıb.

Gürcüstan millisinin və Avstriyanın “Şturm” klubunun 28 yaşlı yarımmüdafiəçisi Otar Kiteişvili fərqlənib. Oyunun dördüncü dəqiqəsində onun güclü zərbəsindən sonra top "Pyunik"in müdafiəçisi və millinin kapitanı Varazdat Haroyana toxunaraq qapıya yol tapıb.

Birinci yarı 5-0 hesablı biabırçı məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oyunu izləmək üçün bu gün Tbilisiyə gedib.

Xatırladaq ki, Gürcüstan komandası İrəvanda 3:0 hesabı ilə qalib gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru