İran millisinin sabiq qapıçısı vəfat edib

2-04-2025, 10:38           
İran millisinin sabiq qapıçısı vəfat edib
İranın futbol millisinin sabiq qapıçısı Fəramərz Zali 83 yaşında vəfat edib.

Bu barədə İSNA məlumat yayıb.

O, karyerası ərzində yığma il yanaşı, ölkəsində “Pas” və “Tac” klublarının formasını geyinib.

Qeyd edək ki, F.Zali yığma ilə birlikdə 1968-ci ildə Asiya Kubokunu, 1970-ci ildə “Pas” klubunun heyətində Asiya Klublar Kubokunu qazanıb. Sözügedən komandalarla bir neçə dəfə İran çempionu və ölkə kubokunun qalibi olmuş keçmiş qapıçı 1964-cü ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru