Asiya Çempionlar Liqası: Ronaldunun komandası yarımfinala darmadağınla çıxdı VİDEO

Dünən, 15:14           
Asiya Çempionlar Liqası:
Asiya Çempionlar Liqasında 1/4 fınalın maraqlı qarşılaşması keçirilib.

Oxu.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində baş tutan oyunda "Yokohama" ilə "Ən-Nəsr" üz-üzə gəliblər.

Ərəblər yaponlardan böyük fərqlə üstün olublar 1:4. "Ən-Nəsr"in kapitanı Kriştianu Ronaldu bu mövsüm 37-ci matçında 33-cü dəfə fərqlənib. Ulduz futbolçu karyerasındakı qolların sayını 934-ə çatdırıb.

Bu qələbə sayəsində, Ər-Riyad klubu turnirin yarımfinal mərhələsinə adlayıb. Burada komandanın rəqibi "Kavasaki" - "Əs-Sadd" cütünün qalibi olacaq. Digər yarımfinalda isə "Əl-Hilal"la "Əl-Əhli" yarışacaqlar.

Turnirin finalı mayın 3-də təşkil olunacaq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.