UFC-nin rəhbəri: Rafael Fiziyev öz torpağında döyüşəcək

29-04-2025, 10:08           
UFC-nin rəhbəri: Rafael Fiziyev öz torpağında döyüşəcək
Bakıda keçiriləcək UFC turnirində azərbaycanlı Rafael Fiziyev də döyüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə turnirin yaradıcısı və rəhbəri Dana Uayt sosial şəbəkə hesabında canlı yayımda deyib.

O, 32 yaşlı idmançının adını açıqlayıb: "Sizə hər yerə gedəcəyimizi demişdim. İyunun 21-i Bakıda olacağıq. Mənə inanmırdınız, ancaq indi inanın. Gecənin ikinci əsas döyüşü inanılmaz bir döyüşdür. 11-ci sıradakı Rafael Fiziyev və İqnasio Bahamondes üz-üzə gələcəklər. Rafael son olaraq Castin Qeyci ilə əla döyüş keçirmişdi. İndi isə o, doğma torpağında döyüşəcək. Fiziyev aktivindəki 12 qələbənin yarısını birinci raundda qazanıb. Onun hər döyüşü dəhşətdir".

Qeyd edək ki, UFC turniri Bakı Kristal Zalında keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru