“Formula 1” trasının tam hazırlanma müddəti açıqlandı
Bu gün, 10:26
“Formula 1” yarışları keçiriləcək trasa hazırlıq və demontajı sürətləndirmək məqsədilə ən son texnologiyalar tətbiq olunur.
Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin meneceri Sübhan Manafzadə “Formula 1” Azərbaycan Qran-Prisi 2025-in paddok ərazisinə təşkil olunan media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
S.Manafzadə bildirib ki, bu dəyişiklik nəticəsində trasın tam hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib.
“Yarışdan sonra yollarda hərəkətin tez bərpası üçün 2024-cü ildə beton blokların 60 %-i cəmi 16 saat ərzində sökülərək ərazidən çıxarılıb. Ertəsi gün saat 13:00-dan etibarən şəhər demək olar ki, normal rejimə qayıdıb”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.