MLS Messini cəzalandırdı

Bu gün, 11:47           
MLS Messini cəzalandırdı
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi və komandanın ispan müdafiəçisi Jordi Alba Ulduzlar Oyununda iştirak edə bilmədikləri üçün Əsas Futbol Liqasının (MLS) müntəzəm mövsümündə bir oyun buraxacaqlar.

Oxu.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Ulduzlar Oyunu iyulun 23-də keçirilib. Azarkeşlərin səsi sayəsində Messi və Alba komandaya cəlb olunublar, lakin futbolçular oyunda iştirak etməkdən imtina ediblər. Nəticədə, Liqa Messi və Albanı növbəti müntəzəm mövsümdə "Sinsinnati" ilə oyundan kənarlaşdırıb.

Qeyd edək ki, mövsümün son 7 matçında Messi 6 dubl edib. O, MLS tarixində ardıcıl beş oyunda iki qol vuran ilk futbolçu olub. Ümumilikdə, argentinalı bu müddət ərzində 13 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru