Mahir "Roma"ya qarşı oynadı: Nələr baş verdi?

Bu gün, 09:24           
Mahir "Roma"ya qarşı oynadı:
Almaniyanın "Kayzerslautern" komandası yoxlama matçı çərçivəsində "Roma" ilə üz-üzə gəlib.

II Bundesliqa təmsilçisi Can Pyero Qasperinin komandasına 0:1 hesabı ilə məğlub olub. Oyunda vurulan yeganə qolun müəllifi Evan Ferqusen olub.

Azərbaycan milli komandasının üzvü Mahir Emreli bu qarşılaşmanın iştirakçısı olub. 28 yaşlı hücumçu meydana start heyətdə çıxıb və ikinci hissənin əvvəlində əvəzlənib. Ümumilikdə topa 9 toxunuş edən Mahirin 6 ötürməsindən 4-ü dəqiq olub.

2 hava mübarizəsində uğurlu olub və 3 dəfə topu itirib.

Qeyd edək ki, Mahir "Kayzerslautern"in heyətində "Notts Kauntri"yə qarşı matçda fərqlənmişdi. \\Offsideplus.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru