Viktor Qyökereş "Arsenal"la müqavilə imzaladı

Bu gün, 11:58           
Viktor Qyökereş "Arsenal"la müqavilə imzaladı
İsveçli hücumçu, futbol üzrə Portuqaliya çempionatının son iki mövsümünün bombardiri Viktor Qyökereş "Sportinq"dən İngiltərənin "Arsenal" klubuna keçib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Arsenal"ın Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, transferin dəyəri 63.5 milyon avro təşkil edib. "Sportinq" daha 10 milyon avro bonus alacaq. "Arsenal"da futbolçu Tyerri Anrinin də daşıdığı 14 nömrə ilə çıxış edəcək.

Qeyd edək ki, Qyökereşin 27 yaşı var, o, 2023-cü ildən "Sportinq"də çıxış edib. Ötən mövsüm Qyökereş Portuqaliya çempionatında 33 oyunda 39 qol vurub. 2023/24 mövsümündə o, 33 matçda 29 qol vurmuşdu. İsveç millisinin heyətində forvard 26 oyun keçirib və 15 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru