Çempionlar Liqası: “Barselona” beşinci dəfə qalib gəldi

7-06-2015, 06:04           

Berlində keçirilən final oyununda İspaniyanın “Barselona” klubu İtaliya “Yuventus”una 3:1 hesabı ilə qalıb gələrək, kuboku növbəti dəfə başı üzərinə qaldırıb.

Qolları “Barselona”nın heyətində İvan Rakitiç (4 dəq.), Luis Suares (68 dəq.), Neymar (90+5 dəq.), “Yuventus”un heyətində isə Morata (54 dəq.) vurublar.

Qeyd edək ki, "Barselona" tarixində beşinci dəfə bu turnirdə qalib gəlib və kuboku ömürlük klub muzeyinə aparmaq hüququ qazanıb. Kataloniya klubu bundan əvvəl 1992, 2006, 2009 və 2011-ci illərdə turnirin qalibi olub.

"Yuventus" isə Çempionlar Liqasının (əvvəllər Avropa Çempionları Kuboku) 6 finalında məğlub olan ilk komandadır.

78-ci dəqiqədə meydana çıxan Xavi Çempionlar Liqası çərçivəsində 151 oyun keçirən ilk oyunçu olub. 4-cü dəqiqədə Rakitiçə məhsuldar ötürmə edən İnyesta turnirin 3 finalında məhsuldar ötürmə edən ilk futbolçu kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru