“Barselona” futbolçuları medallarından məhrum edildilər

10-06-2015, 00:19           
“Barselona” futbolçuları medallarından məhrum edildilər
Onlar turnir ərzində 1 dəqiqə olsun belə meydana çıxmayıblar.

UEFA “Barselona”nın dörd futbolçusunu Çempionlar Liqasının qızıl medalından məhrum edib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Klaudio Bravo, Xordo Masip, Tomas Vermalen və Duqlas Pereyra turnir ərzində 1 dəqiqə olsun belə meydana çıxmayıblar, lakin mükafatlandırma mərasimində digər futbolçular ilə birlikdə medal götürüblər.

UEFA-nın qaydalarına əsasən, ÇL-i qazanan komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşür. Heyətdə heç vaxt yer almayanlar isə medalları özlərində saxlaya bilməzlər. Bu səbəbdən UEFA yuxarıda adları sadalanan 4 futbolçunu medaldan məhrum edib.

Xatırladaq ki, iyunun 6-da Berlində keçirilən Çempionlar Liqasının final qarşılaşmasında “Barselona” Yuventus”u 3:1 hesabı ilə məğlub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru