"Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini dayandıracaq - Maliyyə böhranı

15-02-2017, 20:43           
"Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini dayandıracaq - Maliyyə böhranı
Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq. "Report"un məlumatına görə, səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır.
O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası "Azəryol"un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb. Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir.
Qeyd edək ki, hazırda "Azəryol" Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru