Avropa Liqası: “Krasnodar”, “Şalke” və “Mançester Yunayted” növbəti mərhələdə

23-02-2017, 01:40           

Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Mərhələnin ilk oyun günündə 3 qarşılaşma keçirilib.
İstanbulda “Fənərbağça” Rusiyanın “Krasnodar” komandasını qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb. Öz meydanında Türkiyə təmsilçisi üzərində 1:0 hesablı qələbə qazanmış “Krasnodar” səkkizdəbir finala vəsiqə qazanıb.
Almaniyanın “Şalke” və İngiltərənin “Mançester Yunayted” klubları da növbəti mərhələyə keçən tərəf olublar. Bu klublar müvafiq olaraq PAOK (Yunanıstan) və “Sent Etyen”i (Fransa) mübarizədən kənarlaşdırıblar. “Şalke” öz meydanında Yunanıstan klubunun müqavimətini qıra bilməsə də (1:1), səfərdə qazandığı 3:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. “Mançester Yunayted” isə öz meydanında olduğu kimi (3:0), səfərdə də “Sent-Etyen”i məğlub edib – 1:0.
Mərhələnin digər görüşləri bu gün keçiriləcək.Gununsesi.info//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru