Almaniya millisinin futbolçusu Mario Götse Azərbaycan yığması ilə oyunu buraxa bilər

1-03-2017, 11:05           
Almaniya millisinin futbolçusu Mario Götse Azərbaycan yığması ilə oyunu buraxa bilər
Almaniya milli komandasının aparıcı futbolçusu Mario Götse Azərbaycan yığması ilə Bakıdakı 2018-ci il dünya çempionatının seçmə qrup matçını buraxa bilər. "Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, səbəb Dortmund "Borussiya"sında çıxış edən yarımmüdafiəçinin əzələ zədələridir.
Bu zədələr 25 yaşlı hücumameylli yarımmüdafiəçinin dizində metabolik ağrılara səbəb olub. Klubu hazırda Götsenin müalicəsinin davam etdiyini açıqlayıb. "Borussiya"nın baş direktoru Hans-Yoahim Vatske yaşıl meydanlara dönüşün qısa müddətdə gerçəkləşməyəcəyini bildirib. Futbolçunun özü isə tezliklə məşqlərə qatılmaq və ümumi hədəflərə çatmaq üçün əlindən gələn hər şeyi edəcəyini söyləyib.
Qeyd edək ki, DÇ-2014-də Argentina ilə final matçının qəhrəmanı olan Mario Götse bu il sonuncu dəfə yanvarın 29-da "Maynts"la səfər matçının 66-cı dəqiqəsində meydana çıxıb. Azərbaycan - Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bundestimin baş məşqçisi Yoahim Löv Bakıya gətirəcəyi heyəti fevralın 17-də açıqlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.