“Yuventus” artırma dəqiqədə qol vuraraq “Milan”ı məğlub edib

11-03-2017, 09:43           
“Yuventus” artırma dəqiqədə qol vuraraq “Milan”ı məğlub edib
Futbol üzrə İtaliya “A” Seriyasının 28-ci turunun Turində baş tutan mərkəzi qarşılaşmasında “Yuventus” “Milan”ı 2:1 hesabı ilə məğlub edib.
Matçın 30-cu dəqiqəsində “Qoca senyora” Mehdi Benaitanın qolu ilə hesabda irəli çıxıb.
“Rossonyerlər” 43-cü dəqiqədə oyunda tarazlıq yarada biliblər. Bərabərlik qolunu Karlos Bakka vurub.
“Milan” matçın sonlarına yaxın azlıqda qalıb. Qarşılaşmaya əlavə olunmuş 3-cü dəqiqədə Xose Ernesto Coca ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Ardınca isə milanlıların qapısına Mattia De Şilyonun əllə oyununa görə penalti təyin olunub. 11 metrlik cərimə zərbəsini Paulo Dibala dəqiq yerinə yetirib.
“Yuventus” hazırda 70 xal ilə turnir cədvəlinə liderlik edir. “Milan” 50 xalla 7-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru