“Barselona”-PSG matçı yenidən keçirilə bilər

13-03-2017, 09:00           
“Barselona”-PSG matçı yenidən keçirilə bilər
“Barselona” və PSG arasında Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan cavab qarşılaşmasının yenidən keçirilməsi üçün petisiya yaradılıb. A24.Az xəbər verir ki, cavab qarşılaşmasının “Camp Nou”da yenidən keçirilməsinə 95 min nəfər imza atıb. Bunu imzalayanların sayı 150 mini keçməlidir.
Petisiyanın müəllifi Luis Melendo Olmedo hesab edir ki, oyunun baş hakimi Deniz Aytekin mübahisəli qərarları ilə katalonların lazımi nəticə qazanmasında mühüm rol oynayıb. Əsas səhvlər kimi Xavyer Maskeranonun Di Mariaya qarşı cərimə meydançasının daxilində kobudluğu və Luis Suarezin nümayişkəranə tərzdə yıxılmasına penalti təyin olunması qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru