Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: - Əlavələr insanların sağlamlığına ciddi ziyan vurur

27-04-2017, 23:14           
Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: - Əlavələr insanların sağlamlığına ciddi ziyan vurur
İdman zallarında satılan əlavələr insanların sağlamlığına ciddi ziyan vurur.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, idman zallarında məşq edən adi insanlar da orada müxtəlif kimyəvi əlavələrdən istifadə edirlər: "Əgər o əlavələr qanunda öz əksini tapmayıbsa, biz qanuna dəyişikliklər etməliyik. Bu bizim gənclərimizin sağlamlığı üçün zəruridir. O əlavələrin tərkibində müxtəlif proteinlər var ki, insanlar onlardan istifadə edirlər, sonra da sağlamlıqlarına ciddi ziyan dəyir. Biz istəməzdik ki, həmin zallarda məşq edən insanlara keyfiyyətsiz məhsullar satılsın”.

Nazir qeyd edib ki, son vaxtlar bütün idman zallarında xüsusi vitrinlər qoyulub və belə kimyəvi əlavələr satılır: “Əksəriyyəti də çalışır ki, ucuz alıb baha satsın. Ucuz malın da keyfiyyəti olmur, sağlamlığa ciddi ziyan vurur. Yəni biz ancaq peşəkar idmançıları deyil, sadəcə məşq edən, idmanı sağlam həyat tərzi kimi qəbul edən insanları da qorumalıyıq”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru