Azərbaycanlı ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandı

17-05-2017, 17:24           
Azərbaycanlı ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandı
Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb.

teref.az xəbər verir ki, snayperimiz 10 metr pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.

Lunyov-Nəsirovadan ibarət heyət Omanlı cütlüyü qabaqlayaraq, yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.

Qeyd edək ki, Lunyovla Nəsirova xalaoğlu-xalaqızıdır. Yarışda birinci yer tutan idmançıya dövlət tərəfindən 150 min manat verildiyindən bu ailənin idmançıları 750 min manat qazanıb. Ruslan Lunyovun məşqçisinin valideyləri olması və yarışda qızıl medal qazanmış idmançının məşqçisinə ümumilikdə 75 min manat verilməsini nəzərə aldıqda bu ailənin ümumi qazancı 1 milyon 125 min manata çatıb.

apasport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru