Leonid Slutski İngiltərə komandasının baş məşqçisi təyin olundu

10-06-2017, 08:27           
Leonid Slutski İngiltərə komandasının baş məşqçisi təyin olundu
İngiltərənin “Hall Siti” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2017/2018 mövsümündə Çempionşipdə mübarizə aracaq “pələnglər” rusiyalı Leonid Slutskiyə həvalə olunub.

46 yaşlı mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, 2009-2016-cı illərdə Moskvanın ÇSKA komandasına rəhbərlik edən Leonid Slutski bu müddət ərzində üçqat Rusiya çempionu, həmçinin ölkə kubokunun və ölkə superkubokunun ikiqat qalibi olub. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında onun rəhbərliyi altında çıxış edib.

2016/2017 mövsümündə İngiltərə Premyer Liqasını 18-ci pillədə tamamlayan “Hall Siti” Çempionşipə yuvarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru