“10 milyon versəniz də, Azərbaycanda qalmayacam” - Prosineçki

13-06-2017, 20:15           
“10 milyon versəniz də, Azərbaycanda qalmayacam” - Prosineçki
Türkiyənin “bursa.com” saytı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqqında maraqlı məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, yazıda xorvatiyalı çalışdırıcının AFFA rəhbərliyinə etiraz edərək yığmamızdan getmək istədiyini bildirib.

O, 10 milyon versəniz də, millidə qalmayacağam deyərək “Bursaspor”a keçmək israrlı olduğunu deyib: “Mən “Bursaspor”a getmək istəyirəm. 10 milyon avro versəniz də, qalmayacam. Məni burda zorla tua bilməzsiniz. Ailəm də Bakıda qalmaq istəmir”.

Saatlarla sürən söhbətdən sonra AFFA rəhbərliyi Prosineçkinin istəyini qəbul etməyib. Ona yalnız cari ilin sonunda müqaviləsi bitdikdən sonra gedə biləcəyi söylənilib.

“Bursaspor” prezidenti Ali Ay da Prosineçkidən müsbət cavab ala bilmədiklərini deyib: “Saat 15:00-a qədər vaxt verdik. Ancaq müsbtə cavab gəlmədi. Biz də artıq başqa məşqçi axtarırıq. Əlimizdən başqa məşqçilər var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.