"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

19-06-2017, 16:47           
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün II təsnifat mərhələsinin püşkatması keçirilib.

Modern.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-i, cavab matçları isə iyulun 18-19-a nəzərdə tutulub. Matların dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.

Xatırladaq ki, "Samtredia" ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzub və mərhələ adlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru