Milli komandaların düşərgəsində olan futbolçuları "Qarabağ"ın düşərgəsinə qoşulub

21-06-2017, 20:15           
Milli komandaların düşərgəsində olan futbolçuları "Qarabağ"ın düşərgəsinə qoşulub
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandasının düşərgəsində milli komandaların düşərgəsində olan əksər futbolçular qoşulub.
"Report"un məlumatına görə, bunlar Bosniya və Herseqovina millisində olan qapıçı İbrahim Şehiç və Azərbaycan yığmasına dəvət alan 6 yerli oyunçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılovdur. Onlar bugünkü məşqə qatılıblar. Millidə yer alan daha bir futbolçu Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gələrək toplanışda iştirak edəcək.
Qeyd edək ki, "Qarabağ"ın zədəsini hələ sağaltmayan futbolçusu Dani Kintana da artıq komandanın düşərgəsindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru