"Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev yenə qalmaqallı açıqlama ilə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, "Space" telekanalında yayımlanan "Qol" verilişinin qonağı olan mütəxəssis "Neftçi"nin mövsümün ilk oyununda "Araz Naxçıvan"a 0:3 hesabı ilə məğlub olmasından danışıb. Hacıyev bildirib ki, "Araz Naxçıvan"a qəsdən uduzublar: "Mən 15 il Naxçıvan klubunda çıxış etmişəm. Ona görə də bu komandaya qalib gəlmək düzgün olmazdı. Bunu nəzərə alıb, səfərə ikinci heyətin üzvlərini göndərdik. Ora gedən futbolçular da bilirdi ki, “Araz Naxçıvan” mənim komandamdır və onlara qalib gələ bilmərik”.