Patris Evra azarkeşin başına ayaqla zərbə vurub və oyundan əvvəl meydandan qovulub - VİDEO

3-11-2017, 09:54           
Patris Evra azarkeşin başına ayaqla zərbə vurub və oyundan əvvəl meydandan qovulub - VİDEO
Fransanın "Marsel" klubunun müdafiəçisi Patris Evra Avropa Liqasının 4-cü turunda "Viktoriya" (Çexiya) ilə matç öncəsi qırmızı kart alaraq meydandan qovulub.
“Report”un xəbərinə görə, "L'Equipe" nəşrinin jurnalisti "Twitter"də yazıb ki, isinmə hərəkətləri zamanı Patrisin ünvanına azarkeşlər tərəfindən təhqiramiz sözlər işlədilib.
Futbolçu yarım saat buna tab gətirə bilib, lakin ardınca meydanın kənarına yaxınlaşıb. Tərəflər qarşılıqlı şəkildə bir-birini təhqir edib, bu zaman Evra azarkeşlərdən birinin başına ayaqla zərbə vurub.
Evra Avropa Liqası matçının start fiti səslənməmiş meydandan qovulan ilk futbolçu kimi tarixə düşüb.
[media=https://www.youtube.com/watch?v=Ft8pmXj-hKc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru