UEFA-dan hakim ədalətsizliyinin qurbanı olan "Qarabağ"a jest - FOTO

23-11-2017, 12:28           
UEFA-dan hakim ədalətsizliyinin qurbanı olan "Qarabağ"a jest - FOTO
Ötən gün "Çelsi" ilə oyunda hakim haqsızlığı ilə qarşılaşan "Qarabağ" Futbol Klubunun məğulubiyyəti Çempionlar Liqasının rəsmi səhifəsinin də diqqətindən yayınmayıb.

GoldNews.az xəbər verir ki, klubumuzun qapıçısının hakim ədalətsizliyi nəticəsində verilən penaltidən qol buraxmasına verdiyi reaksiya ÇL-in rəsmi İnstagram səhifəsində yerləşdirilən foto ilə qeyd olunub. İbrahim Şehiçin üzüntüsü fotoda əsk olunub. Fotoya "Qarabağ üçün çətin gecə" şərhi verilib.

Qeyd edək ki, ötən gün Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” matçın hakim haqsızlığına məruz qalaraq 19-cu dəqiqədən meydanda azlıqda qalıb. Oyunun baş hakimi Manuel De Sousa ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərib. Daha sonra isə 73-cü dəqiqədə komandamızın qapısına növbəti penalti zərbəsi təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.