Salvadorlu boksçu döyüş zamanı aldığı zərbədən ölüb - VİDEO

26-11-2017, 09:28           
Salvadorlu boksçu döyüş zamanı aldığı zərbədən ölüb - VİDEO
Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib.
"Report" xəbər verir ki, hadisə noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşdə baş verib.
Qarşılaşmanın 8-ci raundunda aldığı zərbədən nakaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb. Lakin onun komandan ayılmaq şansı olmadığı üçün yaxınları aparatdan ayrılmasına qərar veriblər.
Dünya Boks Assosiasiyası F.Ruisin bütün dəfn xərclərini öz üzərinə götürüb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.