"Mercedes"in pilotu Bottas "Formula-1"in son Qran-prisinin qalibi olub

27-11-2017, 07:07           
"Mercedes"in pilotu Bottas "Formula-1"in son Qran-prisinin qalibi olub
"Mercedes"in pilotu Valtteri Bottas BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilmiş "Formula-1" üzrə son Qran-prinin qalibi olub.
"Report"un məlumatına görə, ikinci yeri finlandiyalı pilotun britaniyalı komanda yoldaşı, daha əvvəl dünya çempionluğunu elan etmiş Lüis Hemilton tutub.
Üçüncü yerdə isə "Ferrari"nin pilotu, alman Sebastyan Fettel qərarlaşıb.
Yekun mərhələ ilk "3-lük"də heç bir dəyişikliyə səbəb olmayıb. Hemilton 363 xalla birinci, Fettel 317 xalla ikinci, Bottas isə 305 xalla üçüncü olub.
Konstruktorlar Kubokunda birinci yeri sona 3 tur qalmış təmin edən "Mercedes" (668 xal) tutub. İkinci yerdə "Ferrari" (522 xal), üçüncü yerdə isə "Red Bull" (368 xal) qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru