İspaniya La Liqası: XIII turun mərkəzi görüşü "Valensiya" və "Barselona" komandaları arasında olub

27-11-2017, 07:12           
İspaniya La Liqası: XIII turun mərkəzi görüşü "Valensiya" və "Barselona" komandaları arasında olub
İspaniya La Liqasında XIII turun mərkəzi görüşü "Valensiya" və "Barselona" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Mestalya" stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
60-cı dəqiqədə meydan sahiblərindən Rodriqo fərqlənib. 82-ci dəqiqədə isə Xordi Alba bərabərlik qolunu vurub. 30-cu dəqiqədə isə baş hakim İqlesias Vilyanueva mübahisəli qərar qəbul edərək, "Barselona"nın futbolçusu Lionel Messinin zərbəsindən sonra topun qapı xəttini keçmədiyini bildirib.
Bu nəticədən sonra "Barselona" 35 xalla liderliyini qoruyub. "Valensiya" isə 31 xalla 2-ci pillədə qalıb.
"Valensiya"nın baş məşqçisi Marselino Qarsiya Toral cəzalı olduğu üçün oyunu tribunadan izləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru