Bu gün futbol üzrə Azərbaycan Kubokunun bütün 1/4 finalçıları məlum olacaq

29-11-2017, 08:41           
Bu gün futbol üzrə Azərbaycan Kubokunun bütün 1/4 finalçıları məlum olacaq
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları keçiriləcək.
“Report” xəbər verir ki, bütün 1/4 finalçılar Premyer Liqa klubları ilə I divizion təmsilçilərinin duellərindən sonra müəyyənləşəcək.
Altı matçdan dördü Bakıda, biri Qəbələdə, biri isə Sumqayıtda baş tutacaq.
Qeyd edək ki, noyabrın 28-də keçirilən qarşılaşmalardan sonra “Qarabağ” və “Neftçi” komandaları 1/4 finala adlayıblar.
Azərbaycan Kuboku
1/8 final
29 noyabr (çərşənbə)
13:30. MOİK – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Şahin Cəfərov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13:30. “Kəpəz” – “Binə”
Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Dalğa Arena”
13:30. “Şüvəlan” – “Səbail”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena”
14:00. “Qəbələ” – “Mil-Muğan”
Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elman Kərimov, Kərim Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu
16:00. “Zirə” – “Xəzər”
Hakimlər: Orxan Məmmədov, Roman Vasilyev, Məmmədəli Kərimov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu
16:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Elşən Acalov, Alik Yunusov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Kapital Bank Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru