Roberto Karlos “fizika qanunlarını pozan” qolun sirrini açdı – VİDEO

29-11-2017, 10:01           

Braziliya yığmasının keçmiş müdafiəçisi Roberto Karlos 1997-ci ildə Fransa komandası ilə yoldaşlıq görüşü zamanı cərimə zərbəsindən vurduğu qolun sirrini açıb.

Oxu.Az-ın xəbərinə görə, futbolçunun sözlərini L'Equipe nəşri sitat gətirir.

“Top dəqiq qapıdan yan keçirdi, lakin küləyin köməyi ilə o, istiqamətini dəyişdi və dirəyə dəyərək çərçivəyə daxil oldu. Bu möcüzə idi”, - Karlos bildirib.

Roberto Karlos Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu adını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru