Əsl çempionat mübarizəsi necə olmalıdır?

29-11-2017, 17:52           
Əsl çempionat mübarizəsi necə olmalıdır?
Siz heç başqa ölkələrin çempionatlarını izləyirsinizmi?
Indi internetin, optik texnologiyaların, kabel televiziyalarının köməyi ilə “Old Trafford”u, “Allianz Arena”nı, “Camp Nou”nu canlı-canlı izləyir, sürətli, texnikalı, atletik Avropa futbolunun, keyfiyytəli oyunların HD formatından zövq alırıq.
Lakin mən, böyük beşliyi (Premier League, Ligue 1, Bundesliga, La liga, Serie A ) nəzərdə tutmuram, zatən oradakı nəticələri, statsitikanı, heyətləri əzbərdən, əlimizin içi kimi bilirik.
Söhbətimiz qonşu ölkədən, Gürcüstan çempionatından bəhs edəcək. Daha doğrusu, çempionun müəyyənləşəcəyi son turdan.
Demək, burada çempionatı zirvədə tamamlamaq olmaq üçün qarşılaşan iki Dinamodan, Kutaisililərə yalnız qələbə sərf etdiyi halda, Tbilisillərə heç-heçə də bəs edirdi.
Oyunun əvvəlində irəli atılan Kutasi Dinamoçuları tezliklə hesabı açdılar və hesab oyunun sonundək dəyişməz qaldı. Kutasili azarkeşlər çempionluğu bayram etməyə hazırlaşarkən, hakimin 90 dəqiqəyə artırdığı dəqiqələr hər şeyi alt-üst etdi. Paytaxt hücumçusunu cərimə meydançasında yıxdılar və hakim tərəddüd etmədən ağ nöqtəni göstərdi. Bütün stadion şokda, bu dəfə paytaxt azarkeşləri sevinirlər. Hakim fit verir, hücümçü topa yaxınlaşır, qapıçı diqqətlə topa baxır, zərbə...
Qolkiper sola tullanır, top sağa uçur, lakin qol olmur. Son anda, qapıçı fantastik reaksiya ilə topu ayağı ilə qaytara bilir. Dinamo Kutaisi çempion olur.
Bax əsl çempionat mübarizəsi belə olar. Son turadək, son dəqiqələrədək, son anadək mübarizə, ölüm- dirim, savaş.
Belə olan halda, bəs bizdə niyə o əjdahadan yoxdur? Nəyə görə, bizim çempionat bir aktyorun teatrına bənzəyir!?
Çünki, rəqabət yox səviyyəsindədir. Çünki, Qarabağa ciddi müqavimət göstərə biləcək, intriqanı sona qədər daşıyacaq klub yoxdur.
Çünki, vaxtı ilə 20 komandanın mübarizə apardığı ölkə çempionatında cəmisi 08 komanda mövcuddur. Səkkiz komanda ilə rəqabətədavamlı mühit, normal yarış-ab havası sürdürmək mümkündürmü? Komandaların sayını, heç olmasa 12-yə çatdırmaq olmazmı!?
Qaytarın Şəmkiri, Turanı, MTK-Arazı, Viləşi, Xəzər-Lənkəranı və adlarını çəkmədiyim digər klubları. Qoy yalnız paytaxt deyil, əyalət futbolu da olsun, tamaşaçı marağı olsun,intriqa olsun, müxtəliflik-rəngarənglik olsun, dişə-diş mübarizə olsun.
Vüsal Bağırlı
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.