FİFA-NIN SABİQ VİTSE-PREZİDENTİ HƏBS EDİLDİ

1-12-2017, 09:22           

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq vitse-prezidenti Reynald Temarii Taitinin Papeete şəhərində saxlanılıb. O, 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı seçkilərdə korrupsiyaya yol verməkdə şübhəli bilinir.

TEREF.İNFO xəbər verir ki, müstəntiqlər Reynald Temariinin işlərin araşdırılması prosesində məhkəmə xərclərinin ödənilməsi adı ilə Asia Futbol Konfederasiyasının sabiq rəhbəri Məhəmməd bin Həmmamdan 305 min avro rüşvət aldığını iddia edirlər.

R. Temarii 2010-cu ildə korrupsiyada şübhəli bilinərək futbol fəaliyyətindən kənarlaşdırılıb. O, 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı keçirilən seçkilərdə səsini satmağa hazır olduğunu bildirmişdi. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru