Mahir Mədətov: “Atam deyəsən, mənim yerimə futbol oynayır”
2-12-2017, 12:04
“Qarabağ”ın futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğluna Avropa klublarından təkliflərin olduğunu bildirib. Gənc futbolçunu heyətinə qatmaq istəyən klubların adını açıqlamayan tanınmış prodüser hər şeyə Yeni ildən sonra aydınlınlıq gələcəyini deyib.
teref.az Fanat.Az-a istinadən xəbər verir ki, Mahir Mədətov atasının açıqlamalarına “Neftçi” ilə oyundan sonra münasibət bildirib:
“Atam deyəsən, mənim yerimə futbol oynayır (gülür). Mən “Qarabağ”ın futbolçusuyam. Komanda ilə mövsümün sonuna kimi müqaviləm var. Məni istəyən komanda klubuma müraciət etməlidi. Qurban Qurbanovun üzərimdəki əziyyəti çoxdu. İlk məsləhət alacağım insan baş məşqçimdi”.
Gənc futbolçu xaricdə oynamaq istədiyini deyib:
“Əlbəttə, oynamaq istəyirəm. Amma səhv zamanda getmək istəmirəm. Burada pul rol oynamır. Futbolda özümü inkişaf etdirmək istəyirəm. Bunun üçün çox düşünmək və məsləhət almaq lazımdı. Bir gün alınacağına və legioner həyatı yaşayacağıma inanıram”.