“Qarabağ” “Roma” ilə oyunu almanlara tapşırıldı

3-12-2017, 20:00           

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” səfərdə “Roma” (İtaliya) ilə keçirəcəyi oyununun hakimləri bəlli olub.

Ağdam təmsilçisinin bu mərhələdə sonuncu matçını almaniyalı hakimlər briqadası idarə edəcəklər.

Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona yan xəttdə Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaqlar. Matçın ehtiyat hakimi Kristian Cittelmann təyin olunub.

Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 5-də keçiriləcək və saat 23:45-də start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru