Türkiyə futbolunda mərc qalmaqlı: 90 klub oyunlara çıxmayacaq

4-12-2017, 21:33           

Türkiyənin 90 futbol klubu oyunlara çıxmayacaq.

Yenicag.az xəbər verir ki, buna Super Toto İdarəsi tərəfindən qəbul edilən qərar səbəb olub.

Məsələ burasındadır ki, “Super Toto” bundan sonra mərc proqramına 2-ci liqadan 18, 3-cü liqadan isə 11 oyun daxil ediləcək. Bu isə o deməkdir ki, hər klub təqribən 500-600 min türk lirəsindən məhrum olacaq. Qərarın mövsümdən əvvəl yox, 5-ci turdan sonra açıqlanması isə klub rəhbərlərini özündən çıxarıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, problem həll olunmayacağı halda, ümumilikdə 90 komanda oyunlara 45 dəqiqə gec gələcək. Bundan başqa etiraz olaraq futbolçuların oyunun start fitindən sonra 1 dəqiqəlik hərəkətsiz qalacağı da bildirilir.

Qeyd edək ki, mərc şirkəti komandaların oyunlarını mərc proqramlarına daxil etdiyi üçün onlara rüsum ödəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.