“Borussiya”nın 9 futbolçusu kababdan zəhərlənib

12-01-2018, 09:09           
“Borussiya”nın 9 futbolçusu kababdan zəhərlənib
Almaniyanın “Borussiya” klubunun (Dortmund) 9 futolçusu İspaniyada təlim-məşq toplanışı zamanı bağırsaq qripinə yoluxub.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömər Toprak, Yakob Bruun Larsen, Nuri Şahin və Dominik Rayman bununla bağlı xəstəxanaya müraciət edib.

Kütləvi zəhərlənməyə toyuq kababı səbəb olub.

Futbolçuların Bundesliqanın 18-ci turunda “Volfsburq”la oyuna qədər bərpa olunacaqları bildirilir. Matç yanvarın 14-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru