“Neftçi” uduzdu: Növbəti rəqib rus klubudur

14-01-2018, 22:43           

“Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, “Flaqman” İsmət Qayıbov adına təlim-məşq bazasında “Keşlə” ilə qarşılaşıb.

“Neftçi” 38-ci dəqiqədə Rəhman Hacıyevin ötürməsindən sonra Mirabdulla Abbasovun başla zərbəsi ilə hesabı açsa da, ikinci hissədə iki qol buraxaraq məğlub olub: 1:2.

Qeyd edək ki, “Neftçi” komandası növbəti yoldaşlıq oyununu Rusiyanın “SKA-Xabarovsk” komandası ilə keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru